Udulu və Udululular haqqında
Udulu Azərbaycanın qədim tarixi-mədəni bölgələrindən
biridir. Udulu ilkin orta əsrlərlərdə(3-cü—7ciəsrlərdə) dövründə Albaniya
(Şimali Azərbaycan)dövlətinin Paytakaran vilayətinin
Rotibaqa mahalına daxil idi. Sonralar , müstəqil feodal dövləti Şirvanşahlar
(861-1538-ci illər) dövlətini tərkibində olmuşdur. 1538-ci ildə Şirvanşahlar
dövləti vahid Azərbaycan Səfəvilər dövlətinə birləşdirildikdə bu dövlətin tərkibinə
daxil edilmişdi.18-ci əsrin ortalalarında xanlıqlar yaranan zaman Şamaxı
xanlığının tərkibində idi. Azərbaycan 19-cu əsrin əvvəllərində Rusiya və
İranarazında bölüşdülərkən Şimalı Azərbaycan təkibində Rusiyaya qatılmışdır. Hal-hazırda Udulu Hacıqabul rayonunun tərkibindədir.
Udulu Bakı şəhərndən 130 km. Cənub-qərbdə, Hacıqabul rayonunun şimalında, Hacıqabul şəhərindən şimalı-qərbdə yerləşir.
Udulunun şimalı-qərbindın cənub-şərqinə doğru uzanan Ləngəbiz dağ silsiləsi,
simal hissəsindən uzanan Ələt tirəsi ilə
əhatə olunmuşdur. Bu iki dağların
arasında vahədə, Pirsaatçayın aşağı axarılarının hər iki sahilində əlverişli təbii-coğrafi
mövqedə yerləşir.
Geolojiyaşı Neogen və Antropagen (21
milyonil və 1,8-2milyon il bndan əvvəl) dövrlərinə aiddir.
Faydalı qazıntıları: neft,qaz, mişar
daşı, qum, çınqıl,əhəngdaşı,gəc.
Təsərrüfatı:əkinçilik, xüsulə
taxılşılıq, bağçılıq,narçılıq,üzümçülük; heyvandarlıq.Uduluda dəvə də bəslənilir.
Udulu ərazisinin təbii-coğrafi şərahiti,
mülayim iqlimi, bitki örtüyü, heyvanlar aləmi insanların burada qədim
zamanlardan məskən salması üçün
Şərait yaradırdı.Hələ
insanlar Tunc dövründə(bizim eradan əvvəl 4-cü min illiyin 2-ci yarısı—b.e.ə.2-ci
minilliyin sonu) dağətəyi və dağlıq zonalarda məskən Salmışlar.Yaşayış məskənləri
həmişə suya yaxın yerlərdə ,çox vaxt çay kənarında ,düşməndən qorunmaq üçün əlverişli
yerlərdə salınırdı.Belə əlverişli yer Güngörməz dağı olmuşdur.
Bura həm müdafiə olunmaq, həm də Pirsaatçayın la p yaxılıqda axmasna görə
insanlar üçün tam əlverişli idi. Bunu “Güngörməz” Dağında və onun
yaxınlığndakı qədim qəbirstanlıqda aparımış arxeoloji qazıntılar da təsdiq
edir. Burada siklopik (təpəgöz) tikililər aşkar edilmişdir. “Güngörməz” dağındakı
siklopik tikililər(Son Tunc dğvrü e.ə.2-ci minillin 2-ci yarısına
aiddir—Z.Ə.)bunu deməyə əsas verir ki, İnsanlar Udulu bölgəsində Hətta Tunc dövrünün sonlarında—e.ə. 2-ci minilliyin
ortalarında məskən salmışlar.Deməli, Udulu ərazisi hələ qədim zamanlardan
insanların məskəni
Olmuşdur. Biz udululular Azərbaycan
Milli Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutundan xahiş edirik ki,
Udulunun qədim tarixini dərindən və
ətrafli öyrənmək üçün
fundamental arxeoloji tədqiqatlar aparsın.
Udululular qədim türk dilli
tayfalarından biri olmuşdur. Tarixçi Fəzlillah Rəşidəddin(1247-1318) özünün
“Came Ət-Təvarix” əsərində udi,uduit tayfaları
Haqqında məlumat verir.Türk
dilli Udulu tayfaları Cənubi Azərbaycanda Şahsevən türk tayfa birliyinə daxil
idi. Bu tayfaların bir hissəsi hələ 1-ci şah Abbasın vaxtında(1589-1625); digər
hissəsi isə Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsindən(1813-1828)sonra
şimali köçmüş və indiki Hacıqabul və Şabran rayonlarında Udulu
adlı kəndləri yaranmışdır.Hal-hazırda Cənubi Azərbaycanın Qaradağ mahalında
İran-Azərbaycan sərhəddi yaxılığında Udulu Kəndi vardır. Udululular mübariz, mərd, fədakar,zəhmətkeş,
mömin, istiqanlı, qonaqsevər,şən və həyatsevər TÜRK TAYFASIDIR. Udululular Vətənini,
Dövlətini,Yurdunu, Xalqını, DİNİNİ sevərək DÖVLƏTƏ,DÖVLƏTÇİLİYƏ və DÖVLƏTÇİLİK
ƏNƏNƏLƏRNƏ SADİQDİRLƏR.
Hacıqabul
rayonu Udulu kənd tam orta məktəbinin
tarix müəllimi ZAKİR ƏLİYEV.
Hiç yorum yok:
Yorum Gönder