“Azərbaycan tarixi”
aylığı
Müasir müstəqil AZƏRBAYCAN Respublikası—
Heydar Əliyevin şah əsəridir
Heydar Əlirza oğlu Əliyev (10 may
1923-cü il- 12 dekabr 2003 –cü il)
Dünya tarixinin dahi dövlət və siyasi xadimi,Azərbaycanın böyük siyasi
v ə dövlət xadimi ,Azərbaycan
xalqının qurtuluş mübarizəsinin(1990—
1995) qalibi,Yeni Azərbaycan Partiyasının (1992) banisi,müstəqil Azərbaycan
dövlətinin qurucusu və Azərbaycan Respublikasının
Prezidenti(1993-2003).
Heydar Əliyev sovet qoşunlarının
1990-cıilin 20 yanvarında Bakıda
törətdiyiqanlı qırğınla əlaqədar ertəsi gün – yanvarın 21-də Sovet rejimi-
nin təqiblərinə və səhhətinin ağırlığına baxmayaraq ,Azərbaycanın Moskva-
dakı nümayəndəliyinə gələrək cəsarətli çıxış etdi .O,bəyanatında Azərbaycan
xalqına qarşı silah işlədilməsini qətiyyətlə pislədi,Azərbaycan xalqının
Qurtuluş mübarizəsinin önünə keçdi.
Heydar Əliyev doğma xalqının
milli-siyasi fəlakət burulğanından xilas
etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış, ilkəvvəl Bakıda.
sonra isə Naxçıvanda Qurtuluş
mübarizəsini davam etdirdi,həmin ildə də
Azərbaycan Ali Sovetinə deputat seçildi.1992-ci ildəYeni Azərbaycan
Partiyasnın Naxşıvan şəhərində keçirilən təsis üurultayında partiyanın
sədri seçildi
Heydar Əliyevin siyasi fəaliyyətinin
Naxçıvan dövrü, xüsusilə onun
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdı-
Ğı illər(1991-1993) muxtar respublikanın siyasi,sosial-iqtisadi,mədəni
Inkişafının çətin dövrüdür.H.Əliyev birinci növbədə Naxçıvanı Erməni-
stanın silahlı təcavüzü və işğalı təhlükəsindən xilas etdi.Bu illərdə
H.Əli-
yevin təşəbbüsü ilə muxtar resspublikanın Ali Məclisi onun adından
“sovet sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyəti-
dövlət bayrağı kimi qəbul olunması haqqında qərarlar qəbul etdi.Blokada
şəraitində olan muxtar respublikanın iqtisadi problemlərinin həllinə ciddi
diqqət yetirirdi.
Xalqın müstəqilliyi uğrunda
dönmədən mübarizə apran Heydar Əliyev
Azərbaycan Ali Sovetinin 1991-ci il 7mart tarixli sesiyasında SSRİ rəhbərliyinin
müttəfiq respublikaları guya yeni ittifaq yaratmağa çağıran təklifə qarşı
çıxdı, bununla bağlı referendumda iştirak edib –etməmək
məsələsində qətiyyətli mövqeyini belə ifadə etmişdir:”Mən yeni ittifaqa
daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan
əleyhinəyəm,Azərbaycan Respublikası iqtisadi və siyasi müstıqillik yolu ilə
getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır.”Heydar Əliyevin
rəhbərliyi altında Naxçıvan Muxtar Respublikasında referendum baykot
edildi,rus sovet qoşun hissələri buradan çıxarıldı,20 Yanvar faciəsinə hüquqi
siyasi qiymət verildi,Naxşıvan müstəqillik və milli dövlət quruculuğu
nümunələri göstərərək xalqn inamını
sarsıtmağa qoymamış,ümidlərini sındırmamışdır.
Heydar Əliyev Naxçıvanda fəaliyyət
göstərdiyi müddətdə bütün Azərbaycan xalqı və Vətəni üçün taleyüklü məsələlərdə
daim qətiyyətlilik
nümayiş etdirmişdir.:Kommunist Partiyasının Naxçıvanda fəaliyyət göstərən
bütün strukturları ləğv edilmiş,AzərbaycanSSR Ali Sovetinin 1991-ci il 29
avqust tarixli sesiyasının qərarına əsasən AZərbaycanda həmin il sentyabrın
8-nə təyin edilmiş prezident seçkilərinin Naxçıvan Muxtar Respublikası
ərazisində keşirilməsinin dayandırılması(Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin 1991-ci il 4 sentyabr qərarı) haqqında qərar çıxarılmışdır.
1993-cw ilin may-iyununda
respublikada hakimiyyət böhranı, hərc-mərc
lik son həddə çatdıqda,ölkə vətəndaş müharibəsi vəmüstəqilliyinin itirilməsi
təhlükəsi qarşısında qaldıqda,Azərbaycan xalqı Heydar Əliyevi hakimiyyətə
gətiriməsi tələbi ilə ayağa qalxdı.Bu,milli hərkata çevrildi və nəticədə Azər-
baycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məc-
bur oldular.Heydar Əliyev 1993-cü ilin iyunun 15-də Azərbaycan Ali Məc-
lisinin sədri seçildi.Həmin
gün Azərbaycan xalüının tarixinə Qurtuluş günü kimi
daxil oldu. Heydar Əliyevin
başçılıq etdiyi Qurtuluş mqbarizəsi başa çatdı.Bunun-
la Heydar ƏliyevinAzərbaycana
rəhbərliyinin ikinci dövrü başlandı.Azərbaycan
dövlətşiliyinin məhv edilməsi,vətəndaş
müharibəsi və ölkənin parçalanması təh-
lükəsi aradan qalxdı.
İyunun24-dən isə Heydar Əliyev Milli Məclisinin qərarı ilə
Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladi.
1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində
səs çoxluğu ilə
Azərbaycan Respublikası
Prezidenti seçildi.Oktyabrın 10-da andiçmə mərasimində
H,Əliyev xalqa müraciət edərək
dedi: “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən,birinci növbədə,Azərbaycan
xalqının zəkasına,müdrikliyinə,
qüdrətinə güvənirəm,arxalanıram.Azərbaycan
xalqının mənə verdiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib.Əmin etmək istəyirəm
ki,bu ümidləri
doğrultmaq üçün əlimdən gələni
əsirgəməyəcəyəm.”
Heydar Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışı ilə ölkənin daxili ictimai-siyasi,sosial-iütisadi,eimi-mədəni həyatında,beynəlxalq
əlaqələrində dönüş yarandı ,elmi əsaslara əsalanan müstəqil dövlət quruculuğu
başlandı.Azərbaycan
dövlətçiliyinin varlığı
üçün böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il
mart dövlət çevrilişləri cəhdlərinin
qarşısı alındı.Dövlət müstəqilliyi qorunub saxlanəldı.H.Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışı ilə əsas qayəsini müstəqillik,azərbaycançılıq,dövlətçilik,respublikaçiliq,
ədalət,demokratiya,hüquqi
dövlət üuruculuğu,milli tərəqqi,dünyəvilik
və s.ümummilli,ümumibəşəri dəyərlər
təşkil edən yeni
ideologiyanın əsaı qoyuldu.
1995-ci il iyunun 12-də Milli Məclisinin
qərarına əsasında Azərbaycan respublikasının Konstitusiyasını hazırlamaq üçün
Prezident H,Əliyevin rəhbərliyi ilə 33 nəfərdən ibarət Konstitusiya Komissiyası
təşkil edildi.
H,Əliyevin rəhbərliyi altında respublikanın görkəmli hakimiyyət, hüquqşün-
asları, qanunverici,icra və
məhkəmə nümayəndələri cəlb olunmuş bu komissiya
Azərbaycan xalqının milli
xüsusiyyətlərini nəzərə almaqla,qabaqcıl demokratik
ölkələrin təcrübəsi əsasında
“Azərbaycan Respublikası Konstitusiyası” layihəsini
hazıladı. Layihə 1995-ci il
oktyabr ayının 15-də ümumxalq müzakirəsi üçün dərc edildi.”AzərbaycanRespublikasının
Konstitusiyası” 1995-ci ilin noyabrın 12-də
referendumda qəbul
olundu.Referendumda 4 mln.a yaxın seçici korpusunun 86%
iştirak etdi. Onların 94,8 %-i Konstitusya layihəsini bəyəndiyini
bildirdi.
Azərbaycan Respublikasının dövlət
quruculuğunun hüquqi qanuni əsasları
qoyuldu. Konstitusiya bəyan
etdi:Azərbaycan xalqının və dövlətinin ən mühüm
məqsədləri Azərbayca dövlətinin
müstəüilliyini,suverəliyini və ərazi bütövlüyünü
qorumaq,Konstitutisiya çərçivəsində
demokratik quruluşa təminat vermək,vətən-
daş cəmiyyətinin bərqərar
edilməsinə nail olmaq,xalüın iradəsini ifadəsi kimi
qanunların aliliyini təmin edən hüquqi,dünyəvi dövlət
qurmaq, ədalətli iqtisadi
və sosial qaydalara üyğun
oiaraq bütün dünya xalqları ilə dostluq,sülh və əmin-amanlıq şəraitində yaşamaq
və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməkdir.
Azərbaycan Respublikası
Konstitusiyasının maddələrini ücdə bir hissəsi(158
maddədən 48-i) insan
hüquqlarına və onların təminatına həsr edilmişdir.
Hakimiyyət bölgüsü kosepsiyasına üyğun
olaraq Konstitusiya təsbit etdi ki ,
Icra hakimiyyəti Azərbaycan Respublikası Prezidentinə mənsubdur;qanunverici
hakimiyyətiAzərbaycan Respublikasının Milli Məclisi,məhkəmə hakimiyyətini
isə müstəqil məhkəmələr həyata
keçirirlər.Azərbaycan Respublikası Prezidentinin
təsisatınım ikili hüquqi təbiəti
vardır:Ali icra hakimiyyətinin ona mənsub olması
ilə yanaşı ,o,birinci növbədə,
Azərbaycan dövlətinin başçısıdır,Azərbaycan xalqını
bütövlükdə təmsil edir və
xalüın vahidliyin təmsil edir.
Konstitusiya məhkəmələrin müstəqilliyini
təmin edən əsas prinsiplər müəyyən
edilmişdi:Hakimlər müstəqildir,onlar
yalnız Konstitusiyaya və qanunlara tabedirlər,
səlahiyyətləri müddətində dəyiçilməzdir.
Azərbaycan
Respublikasının Konstitusiyası ölkədə demokratik dövlət və iqtisadiyyat, vətəndaş
cəmiyyəti quruculuğuna hüquqi əsas yaratdı.
Konctitusiyanı daha da demokratikləşdirmək
üçün Prezident H.Əliyevin
təşəbbüsü ilə 2002-ci il
avqustun 24-də referendum yolu ilə Konstitusiyada
39 mühüm dəyişiklik edildi.
.
1995 və 2000-ci illərdə çoxpartiyalılıq
əsaında demokratik parlament seçkilə-
rinin keçirilməsi,
Konstitusiya Məhkəsinin fəaliyyətə başlaması ,ölüm cəzasının
ləğv olunması,”Bələdiyyə seçkiləri
haqqında qanun”un qəbulu və əməli surətdə
həyata keçirilməsi Məhz Heydar Əliyevin adı ilə bağlıdır.
Heydar Əliyevin “İnsan və vətədaş hüquq və azadlıqlarının təmin edilməsi”
haqqında 1998-ci il 22
fevral tarixli fərmanı Azərbaycan Respulikasının dünyaya və Avropaya
inteqrasiyası prosesinin sürətləndirilməsinə geniş imkanlar açmış,
insan hüquq və
azadlıqlarının təmin edilməsini dövlət siyasəti səviyyəsinə qaldır-
mış,1995-ci ildə əfvetmə təsisatı
bərpa edilmişdir.Azərbaycan 1996-cı ilin iyunun-
da Avropa Şurasına “xüsusi
qonaq” statusu almış, 2001-ci il yanvarın 25-də isə
ona tam hüquqlu üzv
olmuşdur.
Heydar Əliyev hakimiyyətə qayıtdıqdan
sonra orduda ciddi islahatlar aparıldı.
Səfərbərliyin,döyüş
hazırlığının,qoşun hissələri və şəxsi heyətin təlim tərbiyəsini
təkmilləşməsinə istiqamətlədirilmiş
tədbirlər müəyyən edildi.1993 – cü il noyabr- dekabr aylarında 16,7min
döyüşçüsü olan 40 ehtiyat taboru təşkil edildi, 1994-cü
ilin sonunda orduda 54.000
nəfər zabit və əsgər var idi.
Prezident H. Əliyevin fərmanı ilə
1993-cü il 1 noyabrında Dövlə Müdafiə
Şurası yaradıldı və 23
noyabrda “Müdafiə haqqında” qanun qəbul edildi. 1994-cü
Il yanvarın 5-də Azərbaycan
ordusu uğurlu əməliyyatlar nəticəsində Füzuli rayon-
un strateji əhəmiyyətli
Horadiz qəsəbəsini və 22 kəndi, Cəbrayıl və Kəlbəcər ray-
onların bir hissəsininin
düşməndən azad olunmasına nail olundu.BU DÖYÜŞLƏRDƏ Ermənistanın işğalçı
ordusu4000 əsgər və szabiti,50 zirehli texnikası ,15 artileriya qurğusu məhv
edildi.Milli ordunun formalaşdırılması ,
bütün siyasi və diplomatik
vasitələrin işə salınması nəticəsində 1994-cü ilin mayın
12-də Ermənistan –Azərbaycan
müharibəsində atəşkəs əldə olundu.Ölkədə hakimiyyət boşluğu aradan qaldırıldı, siyasi sabitlik
yarandı.
Prezident Heydar Əliyev dövlətin
xarici siyasətinə müstəsna əhəmiyyət verirdi.H.Əliyev dövlətin xarici siyasətini
xalqın maraqlarını,dünyada baş verən ciddi dəyişiklikləri ,beynəlxalq sistemin
sürətlə qloballaşması ilə əlaqədar nəzərə
almaqla qurdu.H.Əliyev 68
ölkənin dövlət və hökümət başçıları ilə görüşlər keçirdi.
Azərbaycanın üzv olduğu
beynəlxalq təşkilatların iclaslarında,zirvə toplantılarında
Iştirak edərək Azərbaycanın
milli maraqlarını göz bəbyi kimi qorudu.
1993-cü ilin sentyabrın 24-də Azərbaycan
Respublikası MDB-yə daxil oldu.
Azəbaycan 1993-cü ilin 20 dekabrında Paris Xartiyasına,1994-cü
ilin mayın 14-də
NATO-nun “Sülh naminə tərəfdaşlıq
“ proqramına qoşuldu.1997-ci ilin sentyabrın-
da Azərbaycan,Gürcüstan,Ukrayna
və Moldova respublikaları QUAM təşkilatını yaratdıdılar.
Prezident H.Əliyev Ermənistan_-Azərbaycan
münaqişəsinin qan tökmədən ,
qırğın və dağıtılara yol
vermədən dinc vasitələrlə həll etmək xəttini götürdü.Onun
siyasi və müdrik iradəsi
sayəsində ATƏT-in Lissabon sammitində (1996 dekabr)
Azərbaycanın mövqeyini
dünyanın 53 dövləti tərəfindən ərazi btövlüyü tanındı.
Prezident Heydar Əliyevin xarici
siyasətinin sülh,beynəlxalq hüquq normalarına, sərhədlərinin bütövlüyünə hörmət
və qarşılıqlı faydalı əmədaşlıq prinsipləri təşkil edir və bu gün də Azərbaycan
dövlətinin xarici siyasətinin əsas
prinsipləri bunlardır.
Heydar əliyev azəbaycanın təbii
ehtiyatlaından və əlverişli coğrafi-strateji
mövqeyindən ölkənin milli mənafeyinə
uyğun olan iri miqyaslı iqtisadi sazişlərin
işlənilib hazılanması və həyata
keçirilməsində çox gərgin fəaliyyət göstərirdi.
1994-cü il 20 sentyabrında
“Əsrin müqaviləsi” Bakıda bağlandı. Bundan sonra
Xəzərin karbohirogen
ehtiyatlarının işlənməsi ilə əlaqədar
yeni-yeni zaşişlərin imzalanması belə müqavlələrin sayını 21-ə,iştirak edən
dövlətlərin və iri şirkətlərin
sayının isə müvafiq surətdə
15 və 33-ə çatdırılmasına imkan verdi ki, bu yaxınlarda Azərbaycana qoyulacaq
xarici sərmayılırin 60 mld.ABŞ dolları olacağını nəzərdə tuturdu.Bu müqavilələr çox mühüm siyasi məna kəsb edir və Azərbaycanın
bey-
nəlxalqaləmdə rolunu gücləndirən
amilə çevrilir.
Heydar Əliyevin təşəbbüsü ilə tarixi
Böyük İpək Yolunun bərpasına həsr edilmiş konfrans 1998-ci ilin sentyabrında
Bakıda keçirilmiş və bu konfransda 32 ölkənin və 14 beynəlxalq təşkilatın nümayəndələri
iştirak etmişdir.
H.Əliyev dahi siyasi və dövlət xadimi
olmaqla yanaşı ,həm də tarix,fəlsəfə,
hüquq,ədəbiyyat və incəsənətin
gözəl bilicisi,elmin və mədəniyyətin hamisi idi.
Onun biavasitə təşəbbüsü və
iştirakı ilə neçə- neçə ədəbiyyat ,incəsənət və elm
xadimlərinin yubileyiləri
keçirilmiş,onların yaradıcılğı yüksək dövlət mükafatları
və fəxri adlarla qiymətləndirmiş,
abidələri ucaldılmışdır.Azərbaycan mədəniyyəti-
nin inkişafında böyük xidmətləri
olanqocaman sənətkarlara,istedadlı gənc şair və yazıçılara,müxtəlif yaradıcılıq
sahəsində ümidverici gənclərə fərdi təqaüdlər təyin
edilməsi də mədəniyyətimizin
inkişafına Heydar Əliyevin böyük qayğısının bariz
nümunələrindəndir.
Azərbaycanda latın əifbasına keçirilməli,dövlət
dilinin tətbiqi işinin təkmil-
ləşdirilməsi , Azərbaycan əlifbası
və Azərbaycan dili günün təsis edilməsi haqqın-
da 2001-ci ildə izaladığı fərmanlar,
milli –mənəvi dəyərlərin qorunub saxlanması
çağırışı ilə Azərbaycan
xalqına müraciətləri,türk xalqları və dövlətləri arasında əlifba və dil
birliyində təmin edilməsi və digər sahələrdə coşqun fəaliyyəti Heydar
Əliyevə misilsiz şöhrət gətirmişdir.
Zəngin,hərtərəfli və dərin tarixi
biliyə malik olan Heydar Əliyev doğma tarixin doğru-düzgün araşdırılmasna,öyrədilməsinə
və təbliğ olunmasına böyük
qayğı göstərmiş metodoloji
göstərişləri və apardığı çox dəyərli ümumiləşdirmə-
ləri ilə TARİX ELMİNİN İNKİŞAFINA güclü təkan vermişdir.
Heydar Əliyevin qurduğu müasir
AZƏRBAYCAN RESPUBLİKASI
Indi möhkəm əllərdədir.Onun
layiqli davamçısı Azərbaycan Respublikasının
Prezidenti İLHAM ƏLİYEVİN başçılığı ilə Vətənimiz Azərbaycan
inamla
irəliləyir.Müasir Azərbaycan
indi güclü,dinamik inkişaf edən,modern
,dünya
iqtisadiyyatına inteqrasiya
olunan qüdrətli dövlətdir.
Hacıqabul rayonu
UDULU kənd tam orta məktəbinin
tarix müəllimi ZAKİR ƏLİYEV
Hiç yorum yok:
Yorum Gönder